​Dənizdən çıxan çöl donuzu çimərliyə gələnləri qorxutdu – VİDEO

​Dənizdən çıxan çöl donuzu çimərliyə gələnləri qorxutdu –
09:15 12.08.2022
243 Ölkə
A- A+

İspaniyanın Malaqa şəhərindəki Benaharafe çimərliyində çöl donuzu dənizdən sahilə çıxaraq insanları qorxudub.

Sulh.info.az xəbər verir ki, heyvanın təxminən üç yaşında olduğu və sərinləmək üçün suya girdiyi güman edilir.

Vəhşi təbiəti mühafizə edənlər və polis heyvanın axtarışına çıxıb. Onlar insanları qabanla görüşərkən sakit olmağa və öz təhlükəsizlikləri üçün onu incitməməyə çağırıblar. Bu heyvanlar nadir hallarda insanlara hücum etsə də, onların çox iti dişləri var.

Mütəxəssislərin fikrincə, vəhşi donuz yaxın iki gündə yüksək temperaturdan və quraqlıqdan xilas olmaq üçün sahilə qayıda bilər. (oxu.az)