​Belarusun 13 min əsgəri hücum əmri gözləyir

​Belarusun 13 min əsgəri hücum əmri
09:45 12.08.2022
224 Siyasət
A- A+

Belarusun 13 minə qədər xüsusi təyinatlı qüvvələri və OMON-un keçmiş hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün saziş imzalayıb.

Sulh.info.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

O bildirib ki, Rusiya Belarusu hələ də müharibəyə cəlb etməyə davam edir:

"Belarus Silahlı Qüvvələrinin artıq 6 batalyonu Ukraynanın dövlət sərhədi boyunca yerləşdirilib”.

Qromovun sözlərinə görə, müharibədə iştirak edən belaruslar üçün əsas motivasiya maddi mükafatdır. Çünki rusların hərəkətlərində heç bir ideoloji əsas yoxdur. (axar)