​Azərbaycanda iki uşaq anası və yaşlı kişi intihar etdilər

​Azərbaycanda iki uşaq anası və yaşlı kişi
11:45 12.08.2022
233 Hadisə
A- A+

Azərbaycanda iki nəfər intihar edib. 

Sulh.info.az xəbər verir ki, hadisələrdən biri Goranboy rayon mərkəzində qeydə alınıb. Rayon sakini, iki uşaq anası olan 29 yaşlı Esmira Ağəmmədova yaşadığı evdə özünü asıb.           

Digər hadisə Hacıqabul rayonu, Meyniman kəndində baş verib. Kənd sakini, 67 yaşlı Qulam Babayev yaşadığı evdə telefon naqili ilə özünü asaraq intihar edib. Onun psixi xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.        

Hər iki faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır. (oxu.az)