"Azəriqaz" Azərbaycanda qaza olan qiymətlərin dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Sulh.info.az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, qaza olan tariflərin dəyişdirilməsi məsələsi gündəmdə yoxdur:
"Vurğulamaq istəyirəm ki, bu məsələyə "Azəriqaz" yox, Azərbaycan Respublikası Tarif Şurası baxır. Qiymətlərin dəyişməsi ilə bağlı hər hansı məsələ gündəmdə yoxdur",- deyə o bildirib.