Rusiyada 3 uşaq anası Nargiza adlı 36 yaşlı qadın borcunu ödəmək üçün 7 yaşlı oğlunu satmağa cəhd edib.
Sulh.info.az bildirir ki, Nargiza oğlunu satdığı barədə internetə elan yerləşdirib.
Köləliyə qarşı olan xeyriyyə təşkilatının üzvləri elanı görüb və oğlunu satmaq istəyən anaya cavab verib, alıcı kimi danışıb, ticarət mərkəzində görüşməyə razılaşıblar.
Saxta alıcılarla ana və oğul ticarət mərkəzində bir araya gələndə polis hərəkətə keçib.
36 yaşlı qadın nəzarətə götürülüb.
Qadının satmağa çalışdığı uşağın əvvəlki ərindən olduğu və onun evliliyində problemlər yaratdığı iddia edilib. (Manset)