​Estoniyada iki rus jurnalist saxlanıldı

​Estoniyada iki rus jurnalist
09:30 13.08.2022
221 Dünya
A- A+

Estoniyaya gedən Rusiyanın “İzvestiya” nəşrinin iki əməkdaşı qatardan çıxarılaraq polis şöbəsinə aparılıb.

Modern.azxəbər verir ki, bu barədə nəşrin özü məlumat yayıb.

Bildirilib ki, jurnalistlər material hazırlamaq üçün ezamiyyətə gediblər. Onların hansı səbəbdən saxlanıldığı açıqlanmayıb.

Qeyd edək ki, Estoniya hərbi əməliyyat fonunda Şengen vizası olan ruslar üçün sərhədləri bağlayıb.