Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-dən sonra hərbi vəziyyətin və səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını təklif edib.
Bu barədə Ukrayna Ali Radasının saytında qanun layihəsi dərc edilib.
Təqdim olunan qanun layihələrinə əsasən, Ukraynada hərbi vəziyyətin avqustun 23-ü saat 05:30-dan 90 gün müddətinə uzadılması təklif edilir. Ümumi səfərbərlik eyni müddətə uzadılacaq. Belə ki, layihə Ali Rada tərəfindən təsdiqlənərsə, hərbi vəziyyət və səfərbərlik ən azı 2022-ci il noyabrın 21-dək qüvvədə olacaq.