​Türkiyə təyyarəsi təcili Bakıya endi

​Türkiyə təyyarəsi təcili Bakıya
10:16 13.08.2022
238 Ölkə
A- A+

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib. 

Bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub. Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib. 

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.