​Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi

​Bakıda bir ailənin altı üzvü plovdan
14:30 13.08.2022
227 Hadisə
A- A+

Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib. 

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.