​Neft daha da ucuzlaşıb

​Neft daha da ucuzlaşıb
09:30 15.08.2022
A- A+

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,99% azalaraq 1 barelə görə 97,18 dollar təşkil edib.

Sulh.info.az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,97% azalaraq 91,2 dollar təşkil edib.