​Bakı-Moskva reysi gecikir - Yenə problem yarandı

​Bakı-Moskva reysi gecikir
10:30 15.08.2022
203 Toplum
A- A+

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.