​İrəvanda dağıntılar altında qalanların sayı bəlli oldu

​İrəvanda dağıntılar altında qalanların sayı
12:00 15.08.2022
204 Dünya
A- A+

İrəvanın “Surmalu” bazarında baş verən partlayışda dağıntılar altında qalan 18 nəfərin axtarışları davam etdirilir.

Bu barədə ölkənin fövqəladə hallar naziri Armen Pambuxçyan jurnalistlərə bildirib.

O qeyd edib ki, dağıntılar altından ölənlər də daxil olmaqla 16 vətəndaş çıxarılıb.

“Hazırda barələrində məlumat olan 18 nəfərin axtarışları davam etdirilir. Onların ticarət mərkəzinə gələnlər və ya oranın işçiləri olduğu məlumdur. Hazırda 23 vətəndaş müxtəlif tibb məntəqələrində müalicə alır”, - erməni nazir deyib.

Onun sözlərinə görə, yanğın söndürülsə də, anbarda hələ də pirotexniki materiallar, eləcə də tez alışan plastik məmulatlar qalır və bir neçə gün ərzində yanğınlar baş verə bilər.