​Yeni məktəbli formalarının qiyməti məlum oldu

​Yeni məktəbli formalarının qiyməti
13:40 15.08.2022
296 Sosial
A- A+

Yeni məktəbli formalarının satışa çıxarılacağı vaxt və ilkin qiymətlər məlum olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq:

"Ümumi qiymət 39 manat olacaq. Qiymətin belə olması materialın yundan hazırlanmasından qaynaqlanır. Yunun bir metri bizə 10 dollara başa gəlir”.

E.Əzimov, yeni məktəbli formalarının avqust ayının 17-dən satışa çıxarılacağını sözlərinə əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.