​Dörd dəfə peyvənd olunan dərman firmasının direktoru COVID-ə yoluxdu

​Dörd dəfə peyvənd olunan dərman firmasının direktoru
19:35 15.08.2022
274 Ölkə
A- A+

Amerikanın Pfizer əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla, COVID-ə yoluxub.

SÜLH.İNFO.az  xəbər verir ki, o, bu barədə özünün Twitter hesabında məlumat verib.

"Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxmışdı. Dörd doza Pfizer-BioNTech peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və Paxlovid qəbul etməyə başladım. ", - qeyd edib. 

ABŞ prezidenti Co Bayden daha əvvəl eyni dərmanla müalicə olunub.

Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus infeksiyası və bir milyondan çox ölüm halı aşkar edilib.