​Lənkəranda qadın doğuş zamanı öldü

​Lənkəranda qadın doğuş zamanı
10:20 16.08.2022
216 Ölkə
A- A+

Lənkəranda qadın doğuş zamanı dünyası dəyişib.

Sulh.info.az xəbər verir ki, Astara rayonunun Rüdəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmirə Əhədli Lənkəran Regional Perinatal Mərkəzində doğuşdan sonra ölüb.

Belə ki, E.Əhədli müayinə olunduqdan sonra körpəsini dünyaya gətirmək üçün 3-cü dəfə qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan bir saat sonra xəstənin vəziyyəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlanılıb.