​Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib

​Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri
10:30 16.08.2022
253 Ölkə
A- A+

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.

Sulh.info.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar. Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.

Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.

Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.

Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.

Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.