​Bu il dövlət sifarişli yerlərin sayı ARTIB

​Bu il dövlət sifarişli yerlərin sayı
12:25 16.08.2022
263 Sosial
A- A+

Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə daha çox artıb.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar mətbuat konfransında bildirib.

DİM sədri vurğulayıb ki, 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 746 yer artıb. Onun 643-ü birinci ixtisas qrupuna aiddir.

"Artım daha çox birinci ixtisas qrupu üzrə ixtisaslarda olub", - M.Abbaszadə vurğulayıb.