​Rostovda meşə yanğınları güclənir - VİDEO

​Rostovda meşə yanğınları güclənir
12:40 16.08.2022
229 Dünya
A- A+

Rusiyanın Rostov vilayətinin Ust-Donetsk rayonunda meşə yanğınları davam edir. Yanğın artıq 124 hektara yaxın sahəni əhatə edib. Həmçinin 32 tikilini alov bürüyüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Hazırda 300-dən çox insan, 90 texnika və bir “İl-76” təyyarəsi yanğınla mübarizə aparır.