Sosial şəbəkədə məşhurlaşan yeni trendin insan səhhətinə zərər vurduğu bildirilib.
Sulh.info.az xəbər verir ki, yeni trendə görə, istifadəçilər yatarkən burunları ilə nəfəs almaq üçün ağızlarını lentlə yapışdırmağa başlayıblar.
Trendin yaranmasının səbəbkarı “Tiktok” istifadəçisi Kari Rodriqez olub. Sözügedən video 5,7 milyon dəfədən çox izlənilib və sosial mediada yayılıb.
Mütəxəssislər isə bu tendensiyanın təhlükəli olduğunu deyiblər və xəbərdarlıq ediblər ki, ağızlarını yapışqanlı lent ilə yapışdırmaq ürək xəstəliyi insult kimi daha ciddi problemlərə səbəb ola bilər.
Mənbə: NyPost.com