Ötən gün sosial mediada yayılan FHN əməkdaşlarına aid intim videolar olduqca gündəm oldu.
Sulh.info.az bildirir ki, “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb:
“Bu fakta birmənalı olaraq yanaşılmalıdır. Çünki burada mənəvi-əxlaqi cinayət baş verib. Vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət idarəsinin kabinetində başqalarının qadınlarına qarşı əxlaqsızlıq faktıdır. Bunu da lentə alıb. Xalqın mənəvi dəyərlərinə tüpürmək olmazdı. Belə hallara görə bizim cəmiyyətdə cinayət də törədirlər. Bunun psixoloji cəhəti də var ki, kiminsə həyat yoldaşı, qızı hər hansı bir idarədə, təşkilatda işləyirsə, bu onlar üçün böyün travmadır”.
Elçin Bayramlı həmçinin qeyd edib ki, dövlətin xalqa xidmət etmək üçün ayırdığı idarədə fahişəxana açmaq dövlət qanunlarını heçə saymaqdır və həmin şəxslərə cəmiyyətin reaksiyası olduqca sərt olmalıdır:
"Onları müdafiə edənlər isə əxlaqsız katoqoriyadadır. O insanlar həm xalqın milli mənəvi dəyərlərinə tüpürür, əxlaqsızlığı təbliğ edirlər, həm də dövlətimizə və qanunlarına hörmətsizlik edirlər. Əgər biz həqiqətən dövlət və millətiksə, buna sərt reaksiya verməliyik. Cəmiyyət tərəfindən onlar qınaq atəşinə tutulmalıdır, dövlət tərəfindən isə sərt cəza almalıdırlar.
Şəxsi həyat və müdaxilə fikrini atıblar ortaya. Bu düşük səviyyəsiz bir yanaşmadır. Şəxsi həyat evdə olur, dövlətin xalqa xidmət etdiyi yerdə olmur. Onlar qəsdən edib, cəmiyyəti sarsıtmaq istəyirlər. Bu insanları cəmiyyət tanımalı və baykot etməldir. Onlar xalqımızın və dövlətimizin düşmənləridir. Biz göstərməliyik ki, cəmiyyətimiz və dövlətimiz var. Əks halda deqradasiyaya məruz qalacağıq. Bu faciəvi problemlərə gətirib çıxaracaq”.
Günay İbrahimova / Sulh.info.az