Şabranın Zöhrəmli kəndində alov artıq evlərə keçib.
Sulh.info.az bildirir ki, Şabran İH başçısının müavini İlkin Ağayev bildirib ki, alovun evlərə keçməsinin qarşısını almaq üçün tədbirlər görülsə də, yanğın nəticəsində bir ev yanıb.
Onun sözlərinə görə, alovun digər evlərə keçməsinin qarşısı alınır.
FHN-in 10-dan artıq yanğınsöndürən avtomobili və 1 helikopteri alovun söndürülməsinə cəlb olunub.
İlkin Ağayevin sözlərinə görə, Zöhrəmli kəndindən insanlar köçürülür.