​Oğurlanmış milyonluq əsər narkotacirin evindən TAPILDI

​Oğurlanmış milyonluq əsər narkotacirin evindən
14:40 16.08.2022
216 Hadisə
A- A+

Məşhur ispan rəssamı Pablo Pikassonun oğurlanmış tablosu İraqın Diyala əyalətində aşkar edilib.

Pikassonun milyonlarla dollar dəyəri olan əsərinin orijinalı iraqlı narkotacirlərin sığınacağı olan evdən tapılıb.

Məlumata görə, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

Tablonun aqibəti barədə hər hansı açıqlama verilməyib.