​Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycanda dilində danışıb

​Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycanda
15:02 16.08.2022
228 Siyasət
A- A+

Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycanda dilində danışıb.

Səfiri salamlayan Prezident İlham Əliyev deyib:

“Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun”.