​Gəncənin bir hissəsində su olmayacaq

​Gəncənin bir hissəsində su
15:20 16.08.2022
219 Sosial
A- A+

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Hazırda ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.