Türkiyə ordusu PKK hücumu nəticəsində şəhid verib.
Sulh.info.az bildirir ki, Şanlıurfada PKK-nın polis məntəqəsinə raketli hücumu nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4 əsgər isə yaralanıb.
Bu barədə Şanlıurfa valisi Saleh Ayxan məlumat verib.
Bildirilib ki, Türkiyə ordusu hücuma layiqincə cavab verərək PKK məntəqələrini atəş altında saxlayır.
Mənbə: Anadolu Ajansı