Xəbər verdiyimiz kimi, qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.
Sulh.info.az xəbər verir ki, əməliyyatın uğurlu keçdiyi bildirilib. Müəlicəsinin hələ yarım il davam edəcəyi deyilən akytor evə buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora bacısı Gülnaz donor olub.
Aktyorun səhhətilə bağlı Cebhe.info-ya həyat yoldaşı Elvina Atakişiyeva danışıb:
"Hazırda Elvinin vəziyyəti stabildir. Əməliyyatdan sonra qəfil yaxşılıq dövrü ola bilməz. 3-6 ay ən ciddi qorunmaq dövrüdür. Ağrıları var. Bir gündən bir analizlər veririk. İnsanlardan uzaq olmalıdır. Xəstəxanaya getdiyimiz müddətdə tibbi maskadan istifadə edirik".
Elvina Atakişiyeva aktyor həyat yoldaşının əvvəl xəstəliyinin sağalmasına inamının az olmasını da qeyd edib:
"Müalicələrdən sonra möcüzə oldu, Elvin əməliyyata alındı. Hər şey indi yaxşıdır".