​Bakıda evin damında meyit tapıldı

​Bakıda evin damında meyit
16:40 16.08.2022
246 Ölkə
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhərinin Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Sulh.info.az bildirir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit aşağı düşürərək aidiyyəti üzrə təhvil verilib.