​Şabranda yanğınlar zamanı xəsarət alanlar var

​Şabranda yanğınlar zamanı xəsarət
17:30 16.08.2022
228 Hadisə
A- A+

Ötən gündən başlayaraq Şabran rayonu ərazisində baş verən yanğın hadisələri zamanı beş nəfər xəsarət alıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlardan ikisi yanğın baş verən verən kəndlərin sakinləri olub. Yanıq xəsarətləri alan kənd sakinləri Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 3 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Onları hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.