“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət edib.
Sulh.info.az bildirir ki, Mehriban Zeynalova deyib ki, müraciət son iki gündə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin binasında çəkilmiş və özündə intim görüntüləri əks etdirən videoların yayılması ilə bağlıdır.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 4-cü və 11-ci maddələrind seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi nəzərdə tutulur. Hazırda sosial şəbəkələrdə, geniş şəkildə paylaşılan videomateriallara əsasən baş vermiş hadisənin qeyd edilən qanunun maddələrinə müvafiq olaraq iş yerində seksual qısnama kimi qiymətləndirilməsini xahiş edirəm. Bu cür hallar qadınların iştirkaçılığına böyük zərbədir və belə hadisələrin ciddi araşdırılması və cəzalanmasını sizdən xahiş edirəm”, - deyə “Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova sözügedən müraciətində bildirib.
Qeyd edək ki, son iki gündə sosial şəbəkələrdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çəkildiyi bildirilən bir neçə video yayılıb. Həmin videolardakı görüntülərlə bağlı şərhlərdə bildirilir ki, Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev özünün iş kabinetində qurumun ayrı-ayrı xanım əməkdaşı ilə intim münasibətdə olub və proses onun özü tərəfindən əvvəlcədən quraşdırılmış kamera ilə lentə alınıb.
Videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.