​Bakıda ərəb idman edərkən ölüb

​Bakıda ərəb idman edərkən
10:26 17.08.2022
211 Hadisə
A- A+

Bakıda əcnəbi vətəndaş idman edərkən ölüb.

SULH.İNFO.az "Report"a istinadən xəbər verir ki, hadisə avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında qeydə alınıb.

Belə ki, Küveyt vətəndaşı, 1964-cü il təvəllüdlü Faisal Aha Albahar idmanı məqsədilə qaçarkən qəflətən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.