​Azərbaycanda ana iki uşağı ilə itkin düşdü: Şəxsiyyət vəsiqələrini də götürüb

​Azərbaycanda ana iki uşağı ilə itkin düşdü:
10:59 17.08.2022
230 Hadisə
A- A+

Ağdamda ana övladları ilə birgə itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ayaqqərvənd kəndində baş verib.

28 yaşlı Fərəcova Ülviyyə Tərlan qızı iki azyaşlı övladı - Polad və qızı Hədiyyə ilə birgə onların şəxsiyyət vəsiqələrini də götürərək yaşadığı evdən çıxıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.