​ Qəbələ, Şabran, Quba və Siyəzəndəki yanğınlarla bağlı RƏSMİ AÇIQLAMA

​ Qəbələ, Şabran, Quba və Siyəzəndəki yanğınlarla bağlı
11:03 17.08.2022
274 Ölkə
A- A+

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Sulh.info.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.