​Rusiyada iki sərnişin təyyarəsi təcili eniş etdi: Birinin qanadı qırıldı - FOTO

​Rusiyada iki sərnişin təyyarəsi təcili eniş etdi:
11:07 17.08.2022
216 Dünya
A- A+

Rusiyanın İrkutsk vilayətində iki təyyarə təcili eniş edib. Onlardan birinin eniş zamanı qanadının bir hissəsi qopub.

Hər iki hadisə avqustun 17-də baş verib.

Sərnişin təyyarələrinin “Anqara” aviaşirkətinə məxsus olduğu bildirilir.

Məlumata görə, Ust-Kutda eniş edən “An-24”ün qanadı yerə toxunduğu üçün zədələnib. Bundan əvvəl göyərtə mühərrikinin enerji təchizatında problemlər yaranıbmış. Təyyarədə ümumilikdə dörd heyət üzvü və 40 sərnişin olub. Zərərçəkən yoxdur.

Digər “An-24” isə havaya qalxdıqdan 35 dəqiqə sonra İrkutska qayıdıb. Onun göyərtəsində 45 sərnişin olub. Uçuşdan sonra hava gəmisinin sol mühərrikində nasazlıq yaranıb. Təyyarə uğurlu eniş edib, burada da zərərçəkən yoxdur.