​İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi yarımfinala yüksəlib

​İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi
11:15 17.08.2022
214 İdman
A- A+

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından “Report”a verilən məlumata görə, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Milli yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.