Bu gün Ermənistanda ticarət mərkəzində baş vermiş partlaşıya görə ilk matəm günüdür.
Matəmlə əlaqədar səhər saatlarında dövlət qurumlarının binaları üzərindəki bayraqlar yarıya endirilib.
Qeyd edək ki, avqustun 14-də günorta saatlarında İrəvanda “Surməlu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər həlak olub, 62 nəfər yaralanıb. Faciə ilə əlaqədar Ermənistanda 17-18 avqust tarixlərində matəm elan olunub.