“Qərbin Rusiya ilə yaxınlaşması səbəbindən Türkiyəyə sanksiya tətbiq etmək ehtimalı azdır”
Sulh.info.az xəbər verir ki, bu fikirlər Rusiya mediasında yer alıb. Məqalədə bildirilib ki, Türkiyə təsir edici şəkildə iki oyunçu arasında balans yaratmağa çalışan ağıllı siyasət yürüdür:
"Xüsusilə Qərb Rusiya ilə Türkiyə arasında artan əlaqələrdən həqiqətən də faydalana bilər. Türkiyənin Ukrayna böhranında tutduğu mövqe və prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna danışıqlarında və taxıl müqaviləsində rolu Qərbdəki bəzi aktorlar arasında həzmsizlik yaradıb. ABŞ və Avropada bəzi siyasətçilər Rusiya ilə müxtəlif müqavilələr imzaladığı üçün Türkiyənin dərhal sanksiyaya məruz qalmasını istəyirlər".
Prezident Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda keçirdiyi görüşdən sonra Avropanın bir çox KİV-ləri Qərb ölkələrinin Moskva ilə Ankara arasında hər hansı yaxınlaşmanın qarşısını almaqda qərarlı olduqları məqalədə qeyd edilib.
Mənbə: Haber7.com