Xəbər verdiyimiz kimi, "Bəxt üzüyü" filmindəki "Seda" obrazı ilə tanınan müğənni, aktrisa Firəngiz Rəhimbəyova dünən 62 yaşında vəfat edib.
Sulh.info.az xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı həmkarının ölümü ilə bağlı saytımıza danışıb:
"1990-cı ildən Firəngiz xanımla lap yaxından tanış oldum. Ona qədər Firəngiz xanım Siyavuş Kərimlinin orkestrində idi. Onun mahnılarını oxuyurdu və populyar idi. Sonra rejissor seçim ilə Firəngiz "Bəxt üzüyü" filmində “Seda” roluna dəvət olundu. Çoxda gözəl seçim oldu, rolunun öhdəsindən gəldi. Sanki dəfələrlə kinoya çəkilmiş aktrisa idi. Aparatların qabağında sərbəst idi, tərəf müqavilləri ilə çox gözəl oyuna girirdi.
Ölümü çox pis təsir etdi, heç inana bilmirəm. "Bəxt üzüyü 2"də də görüşdük, bir yerdə olduq, səhhətindən şikayət etmirdi. Hər şey yaxşı idi, çox nikbin qız idi. Birdən-birə belə olması məni şoka saldı. Tanrı yazısıdır, Allah rəhmət etsin. Onun əbədi imzası oldu. İndi fikirləşirəm ki, mahnıları öz yerində, amma onun daha güclü imzası "Bəxt üzüyü"ndə oldu. Tamaşaçı onu yaddan çıxarmayacaq".
Günay İbrahimova / Sulh.info.az