​İlon Mask “Mançester Yunayted”i alması barədə iddialara cavab verdi

​İlon Mask “Mançester Yunayted”i alması barədə iddialara
13:10 17.08.2022
275 Dünya
A- A+

Amerikalı sahibkar, milyarder və “Tesla” şirkətinin baş direktoru İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq planları ilə bağlı məlumatları təkzib edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Xeyr, bu “Twitter”də köhnə zarafatdır”, - deyə Mask futbol klubu almaqda ciddi olub-olmadığı sualına cavablandırarkən bildirib.

O, həmçinin əlavə edib ki, ümumiyyətlə heç bir idman klubunu almaq fikrində deyil.