​İsveçdə də ərzaq məhsulları rekord dərəcədə bahalaşıb

​İsveçdə də ərzaq məhsulları rekord dərəcədə
13:40 17.08.2022
A- A+

İyul ayında İsveçdə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətində artım 13,5% təşkil edib. Bu, rekord göstərici hesab olunur.

Bu barədə “İsveç ərzaq mağazaları” təşkilatının press-relizində deyilir.

“İnflyasiya hərəkətverici amildir”, - təşkilatın başçısı Karin Brünell deyib.

Həmçinin qeyd olunur ki, mağazalarda ərzaq məhsullarının satışı ötən ilin eyni ayı (iyul) ilə müqayisədə 7,6% artıb.