​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti
13:50 17.08.2022
A- A+

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,53% azalaraq 94,11 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.