"Çox vətəndaş uşağının təhsil alması naminə artıq kitab-dəftərlərə pulu boğazından kəsib ödəyir".
Sulh.info.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa deyib. O bildirib ki, dərslik nəşri, məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır və onlar da vətəndaşlardan pul qoparırlar:
Deputat yeni məktəbli formalarının qiymət məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, hər valideynin yeni forma almağa imkanı yoxdur:
"Məktəbli forması isə başdan-ayağa hoqqabazlıqdır. Bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiymət yapışdırırlar. Hamı tökülür inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazım, formasına deyil. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, bir narkomanın sayının artması deməkdir. Bu ölkə onsuz da cahilliyə məğlub olmağa doğru gedir".