​Rəsul Quliyevdən İrəvandakı partlayışla bağlı ilginc İDDİA

​Rəsul Quliyevdən İrəvandakı partlayışla bağlı ilginc
15:30 17.08.2022
278 Ölkə
A- A+

Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev İrəvandakı "Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağı ilginc iddia irəli sürüb.

Bu barədə “Facebook” hesabında yazan R.Quliyev Ermənistan müxalifətilə oxşar mövqedən çıxış edərək ticarət mərkəzindəki partlayışda Rusiyanın əli olduğunu söyləyib:

“Fikrimcə, Ermənistanda baş vermiş partlayış, Rusiyanın iştirakı və erməni revanşistlərin əli ilə edilib. Revanşistlərin məqsədi Paşinyanı aradan götürüb hakimiyyəti ələ keçirməkdir”.

R.Quliyev düşünür ki, məlum hadisənin törədilməsində Rusiyanın məqsədi Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına imkan verməməkdir.

“Paşinyan çox təcili partlayışı təşkil edənləri ifşa etməlidir. Yoxsa xəmir çox su aparacaq”, - eks-spiker vurğulayıb.

Qeyd edək ki, Ermənistanın müxalifət cameəsi də məhz bu düşüncədədir. Bir çox siyasətçilər hesab edirlər ki, İrəvandakı "Surmalu” hadisəsi Rusiya tərəfindən törədilib. Rəsmi Moskva isə buna etiraz edərək, Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.