​Yay aylarında qida zəhərlənməsindən necə qorunaq? - Ekspert AÇIQLADI

​Yay aylarında qida zəhərlənməsindən necə qorunaq? - Ekspert
15:33 17.08.2022
A- A+

Yay aylarında müxtəlif qida məhsullarından zəhərlənmələrin şahidi oluruq. Xüsusən son zamanlarda kütləvi zəhərlənmələrlə bağlı xəbərlər artmaqdadır. Bu təhlükə ilə qarşı-qarşıya qalmamaq üçün nələrə diqqət edilməlidir?

Sulh.info.az xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Ağa Salamovun fikirlərini öyrəndik:

“Yayda zəhərlənmələrin səbəbi bir başa qida zəncirinin sonunda istehlakçıların öz günahı, mənşəyi məlum olmayan qidalar, nitratlar və digər müxtəlif səbəblər də ola bilər. Meyvələrin nitratlarının normativlərini bilən fermerlərin sayı  azdır və bunların yetişdirdikləri pomidor, xiyar, qarpız, yemiş normadan artıq dərmanlanır və istehlakçıların zəhərlənməsinə səbəb olur. Pomidorda, xiyarda və digər meyvə-tərəvəzlərdə də peksit var, hidratların səviyyəsi yuxarıdır. Fermerlər peksitlərin normotivlərini bilmədiklərindən nitratların səviyyəsini qaldırıblar. Və onlara təlim keçən heç kim də yoxdur”.

O qeyd edib ki, mikrobioloji çirklənmə də zəhərlənməyə gətirib çıxarır. Yumurta, moyanez, salatlar, ət məhsulları saatlarla, günlərlə, günəş şüalarının altında qalır və mikrobioloji zəhərlənməyə yol açır:

“Bəzən toyuq bişirirlər, plastik qablara yerləşdirirlər, moyenizli salatı da götürürlər haradasa yeməyə aparırlar. Ona görə havaların isti olmasını nəzərə alaraq, yeni bişmiş məhsullara üstünlük verilməli, mənşəyi məlum olan ət məhsulları alınmalı, hazırlanan salatlar həmin an yeyilməli və ya soyuducuda saxlanılmalıdır”.

Eyni zamanda ekspert qeyd edib ki, doğrama taxtasının da düzgün istifadəsi önəmlidir. Hər məhsuldan sonra taxta yuyulmalıdır. Əks halda çarpaz çirklənmə baş verə bilər. 

Günay İbrahimova