​Artilleriyaçılarımız Qazaxıstanda üçüncü oldular - FOTOLAR

​Artilleriyaçılarımız Qazaxıstanda üçüncü oldular
16:10 17.08.2022
219 Ölkə
A- A+

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Sulh.info.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.