​6 nəfəri gün vurub: Biri azyaşlıdır

​6 nəfəri gün vurub:
17:20 17.08.2022
319 Sosial
A- A+

Avqustun 7-dən bu günə qədər təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib.

"Hospitalizasiya olunanlardan 1-i azyaşlıdır. Hazırda onların vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə Z.Quliyev vurğulayıb.