​Dünya çempionu Azərbaycana 25-ci qızıl medalı QAZANDIRDI

​Dünya çempionu Azərbaycana 25-ci qızıl medalı
20:45 17.08.2022
393 İdman
A- A+

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

SÜLH.İNFO.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.

Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.