​"Snayper həddi"nin epizodları icra olunur

​
21:30 17.08.2022
402 Toplum
A- A+

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.

Bu barədə SÜLH.İNFO.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər.

Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.