​"Qarabağ" - "Viktoriya" oyununda insident baş verib

​
22:00 17.08.2022
408 İdman
A- A+

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda insident baş verib.

SÜLH.İNFO.az-ın məlumatına görə, 23-vü dəqiqədə qonaqların futbolçusu Con Moskera "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçi itələyərək yıxıb.

Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.