​Şərqi Timor sahillərində güclü zəlzələ olub

​Şərqi Timor sahillərində güclü zəlzələ olub
10:15 18.08.2022
231 Dünya
A- A+

Şərqi Timor sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Sulh.info.az Avstraliyanın Dövlət Geologiya Bürosuna istinadən xəbər verir ki, yeraltı təkanların episentri Dili şəhərindən 150 kilometr şimalda, ocağı isə 480 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.