​Sumqayıtda qətl - Qohumunu bıçaqlayıb öldürdü

​Sumqayıtda qətl
10:23 18.08.2022
220 Hadisə
A- A+

Sumqayıt şəhər sakininin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə  şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu, 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.